SİYASƏT
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şri-Lankada səfərdədir
Bakı, 17 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının təşkilatçılığı ilə qurumun Daimi Komitəsinin üzvlərindən ibarət 8-ci Baş Assambleyanın iclasında iştirak etmək üçün Şri-Lankanın paytaxtı Kolombo şəhərində səfərdədir.
AZƏRTAC xəbər verir ki, 20 ölkədən 30 siyasi partiyanın nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsi tərəfindən “Asiya şəbəkəsinin qurulması” mövzusunda, eləcə də yeni üzv təşkilatların qəbulu barədə müzakirələr aparılır.
İclasda YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı, partiyanın mərkəzi nəzarət-təftiş komissiyasının üzvü Mahir Abbasəliyev, Siyasi Şuranın üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirak edirlər.