DÜNYA
Yeni Kaledoniyada köpək balığının hücumu faciəli sonluqla başa çatıb
Tokio, 7 sentyabr, AZƏRTAC
Yeni Kaledoniya arxipelaqındakı çimərliklərdən birində köpək balığının hücumu nəticəsində avstraliyalı sörfinqçi həlak olub. Sentyabrın 7-də ABC televiziya kanalının yaydığı məlumata görə, kaytsörfinqlə məşğul olan kişi idarəetməni itirərək suya düşüb. Yaxınlıqda olan iri köpək balığı ona hücum edərək budundan dişləyib. Yaxınlıqdakı katamaranda olanlar onu sudan çıxarsalar da sörfinçinin həyatını xilas etmək mümkün olmayıb.
Yerli xilasetmə xidmətinin başçısı Nikolas Reno bildirib ki, onu çox böyük köpək balığı dişləyib, lakin onun hansı növə aid olduğu məlum deyil. Həlak olanın adı da hələlik açıqlanmır. O, təqribən 50 yaşlarında Qərbi Avstraliya sakinidir. Bu, cari ildə köpək balığının Yeni Kaledoniya sahillərində insana hücumu nəticəsində baş verən ikinci belə faciədir.
Yeni Kaledoniya Sakit okeanın cənub-qərbində, Avstraliyadan təqribən 1200 kilometr şərqdə yerləşən adalar qrupudur və Fransanın xüsusi inzibati-ərazi vahidi hesab olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]