DÜNYA


Yeni “Moto Z2 Force” smartfonu suyadavamlıdır

Bakı, 26 iyul, AZƏRTAC

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim edib.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, “ShatterShield” texnologiyası üzrə zədələnmələrdən mühafizə olunan 5,5 düym diaqonallı “Quad HD” ekranı ilə təchiz edilən qurğu möhkəm metal korpusa malikdir. Bundan başqa, smartfonun əsas kamerası 12 meqapikselli rəngli və monoxrom modullardan ibarətdir. Sensorlu ön kamera isə 5 meqapikselli olmaqla işıqlandırıcı ilə təchiz edilib.

Məlumata görə, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Moto Z2 Force” smartfonu “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ yaddaş və “microSD” kartları ilə genişlənmə imkanına malik 64 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunub.

Bundan əlavə, suyadavamlı yeni qurğu “TurboPower” sürətli enerji toplama funksiyası ilə 2730 milliamper/saat tutumlu akkumulyatora malikdir və 2 SİM kartdan istifadəni dəstəkləyir. Həmçinin smartfonda “USB Type-C” portu və barmaq izi skaneri quraşdırılıb.

ABŞ-da ilkin qiyməti 720 dollar təşkil edən “Moto Z2 Force” smartfonunun satışlarına avqustun 10-dan başlanılması planlaşdırılır. Yayın sonunadək smartfonun digər ölkələrin bazarlarına da çıxarılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.