DÜNYA


Yeni “Nokia” telefonları təqdim olunub VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

“Nokia” brendi üzərində hüquqa sahib olan Finlandiyanın “HMD Global” şirkəti “Nokia 150” və “Nokia 150 Dual SIM” mobil telefonlarını nümayiş etdirib. Şirkətin məlumatına görə, yeni aparatlar artıq 2017-ci ilin əvvəlindən etibarən 26 dollara satışa çıxarılacaq.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, “Nokia 150” smartfon deyil, adi düyməli telefondur və 2,4 düymlük “QVGA” (240x320 piksel) təsvir ölçülü ekran, “FM” radio və mp3 pleyer, “Bluetooth”, işıq diodu işıqlandırıcısına malik “VGA” kamera, həmçinin yaddaş kartları (32 giqabaytadək) üçün “microSD” slotu ilə təchiz edilib. Çəkisi 81 qramdır.

Akkumulyatorun tutumu (1020 milliamper/saat) 22 saat fasiləsiz danışıq üçün kifayətdir. Gözləmə rejimində bu müddət 31 gündür. “Nokia 150” telefonu 2.5G (900/1800 MHs) şəbəkələrinə qoşula bilir. Qurğunun yaddaşına klassik “Snake Xenzia” oyunu və “Gameloft” şirkətinin “Nitro Racing” yarış oyununun beta-versiyası yüklənib.

Finlandiyanın “HMD Global” şirkəti “Nokia” şirkəti ilə əfsanəvi brendi 10 illik müddətinə mobil telefon və smartfonlarda yerləşdirmək hüququnu lisenziyalaşdırıb. “Nokia”nın keçmiş top menecerlərindən biri Arto Nummela firmaya rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.