İQTİSADİYYAT


Yeni “Philips” monitoru haker əleyhinə veb-kamera ilə təchiz edilib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Əksər noutbuk və ya fərdi kompyuter istifadəçiləri hakerlərin veb-kamera üzərində nəzarəti gizli şəkildə ələ keçirməsindən ehtiyat edirlər. Kameraya müdaxilənin qarşısını almaq üçün ən sadə və effektiv üsul adi skotçdan istifadədir. Hətta “Facebook”un qurucusu Mark Zukerberq bu üsuldan istifadə edir.

AZƏRTAC “newsru.com” saytına istinadən xəbər verir ki, “Philips Monitors” brendi üzərində hüquqa malik “MMD” şirkəti bu problemin daha səmərəli həllini tapıb və “Philips 272B7QPTKEB” monitorunu təqdim edib. Yeni monitorun əsas özəlliyi təhlükəsiz veb-kameradır: lazım olduqda monitorun korpusundan irəliyə doğru gəlir, sonra yenidən ekranın çərçivəsinə tərəf çəkilir. Beləliklə, sistemə müdaxilə zamanı hakeri veb-kameradakı məlumatı ələ keçirmək imkanından məhrum edir.

Yeni monitor standart xüsusiyyətlərə malikdir. Qurğu piksellərin 2560x1440 piksel təsvir ölçülü 27 düymlük “IPS” matris, həmçinin “DisplayPort”, “HDMI” və “USB 3.0” konnektorları ilə təchiz olunub. Bundan başqa, model şleyf qoşulmanı dəstəkləyir: bir neçə monitoru “DisplayPort” vasitəsilə birləşdirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.