DÜNYA


Yeni “Samsung” smartfonu qoşa kamera ilə təchiz ediləcək

Bakı, 22 iyul, AZƏRTAC

"Samsung" şirkəti cari ilin sonunadək qoşa əsas kamera ilə təchiz edilən dörd smartfon təqdim etməyə hazırlaşır. Bunlar avqustun 23-də nümayiş olunacaq qabaqcıl "Galaxy Note 8", ucuz "Galaxy J7" (2017) və "Galaxy C" istehsal xəttindən "Galaxy C7" (2017) və "Galaxy C10" qurğularıdır.

AZƏRTAC xəbər verir ki, məlumata görə, "Galaxy C10" barədə çoxlu şayiələr yayılıb və bu yaxınlarda onun real fotoşəkilləri görünməyə başlayıb. Lakin "Galaxy C7" (2017) modeli haqqında indiyədək məlumat olmayıb. Bu dəfə isə Çinin "TENAA" Agentliyində sertifikasiyadan keçən qurğunun şəkilləri təqdim edilib.

Bildirilir ki, "Samsung Galaxy C7" (2017) xarici görünüşünə görə "Galaxy C10" modelinə bənzəyəcək. Onun qabaqcıl modellərdə olduğu kimi, çərçivəsiz ekrana malik olmaması səbəbindən barmaq izi skaneri "Home" düyməsinin ön tərəfində yerləşəcək. Digər xüsusiyyətlər arasında, həmçinin arxa tərəfdə quraşdırılacaq qoşa kameranı qeyd etmək olar.

Texniki xüsusiyyətləri barədə məlumat verilməyən "Galaxy C7" (2017) modelinin altı yüzüncü seriyalı "Snapdragon" prosessoru ilə təchiz edilən orta səviyyəli smartfon olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.