DÜNYA


Yeni “Samsung” smartfonu təqdim ediləcək

Bakı, 6 fevral, AZƏRTAC

“Samsung” şirkəti yaxın vaxtlarda “Samsung Galaxy C5 Pro” adı ilə təqdim edəcəyi yeni smartfon versiyasını yaradıb.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, “Samsung Galaxy C5 Pro” smartfonunun müxtəlif mikrosxemlər dəsti (chipset) ilə təchiz olunmaqla iki variantda təqdimatı gözlənilir. Birinci qurğu “Mali-T830” qrafik mikrosxeminə malik səkkiznüvəli “Exynos 7870” mikroprosessoru ilə işləyir. Aparat 16 giqabayt tutumlu quraşdırılmış, 2 giqabayt operativ yaddaşla təchiz edilib. Smartfonun yaddaşını, həmçinin əlavə olaraq “microSD” kartı ilə genişləndirmək mümkündür.

Məlumata görə, “Samsung Galaxy On7 Pro 2017” adlanacaq ikinci model 5,7 düymlü ekrana malik olmaqla “Media Tek Helio P20” tipli səkkiznüvəli prosessorla təchiz ediləcək. Qrafik çip “Mali-T880” mikrosxeminə malikdir. Qurğunun yaddaş tutumu istehsalçı tərəfindən 3 giqabayt operativ, 32 giqabayt quraşdırılmış yaddaş göstəricilərinədək genişləndirilib. “Android 7.0 Galaxy J7 2017” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.