DÜNYA


Yeni “ZTE V870” smartfonu təqdim olunub

Bakı, 9 iyun, AZƏRTAC

Çinin “ZTE” şirkəti yeni “V870” smartfonunu nümayiş etdirib.

AZƏRTAC “CHIP” resursuna istinadən xəbər verir ki, qurğu 1920х1080 (Full HD) təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz edilib. Modelin əsasını 1,4 qiqahers takt tezlikli “Qualcomm Snapdragon 435” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 4, quraşdırılmış 64 giqabayta bərabərdir. Smartfon 16 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib.

Məlumata görə, arxa panelində barmaq izi skanerinin quraşdırıldığı smartfon, həmçinin “LTE” modemə, “Wi-Fi”, “Bluetooth”, “NFC” və “GPS” modullarına malikdir. Akkumulyator tutumu 3000 milliamper/saat təşkil edən qurğu “MiFavor 4.0” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İki SİM kartın işini dəstəkləyən yeni aparatın qabaritləri 156х76х7,8 millimetrə bərabərdir.

“ZTE V870” smartfonunun təxmini qiyməti 400 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.