DÜNYA
Yeni Zelandiya "Ulduz müharibələri" adlı gümüş sikkələr kolleksiyası buraxacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Yeni Zelandiyanın sikkəxanası gələn il "Ulduz müharibələri" adlı iki gümüş sikkə dəsti buraxacaq.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, zərbxana sikkənin buraxılması üçün “Disney” şirkətindən lisenziya alıb. "Ulduz müharibələri" sikkəsi iki növdə buraxılacaq. Qızıldan və gümüşdən hazırlanan birinci növ sikkələrdə orijinal trilogiyanın personajları təsvir olunacaq. İkinci tip sikkə yeni filmlərin buraxılışına həsr olunub və daha müasir kolleksiyaçıların diqqətini cəlb etmək məqsədi daşıyır. “Disney” şirkəti iki ildən bir silsiləsindən yeni filmlər istehsal etməyi planlaşdırır.
Birinci tip sikkənin revers hissəsində İmperiyanın rəmzi və əsas qəhrəmanların, ikinci tipdə isə üsyan və üsyançıların rəmzi əks olunacaq. Bütün sikkələrin avers hissəsində Kraliça II Yelizavetanın profili təsvir olunacaq.
Hədiyyə qutusunda qablaşdırılmış sikkənin ilkin sifarişi 80 dollara satılır. Tiraj 10 min ədəddir. Hər bir sikkənin nominal dəyəri 2 Yeni Zelandiya dollarıdır. Çəkisi 31,1 qram, diametri isə 40 millimetrdir.