DÜNYA
Yeni Zelandiya hökumətindən tütün məhsullarına aksizlərin artırılması tələb edilir
Bakı, 10 avqust, AZƏRTAC
Yeni Zelandiyada siqaret əleyhdarları hökumətdən qarşıdakı üç il ərzində tütün məhsullarından tutulan aksiz vergisinin dərəcəsini 20 faiz artırmağı tələb edirlər.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, onlar bununla 2025-ci ilə qədər Yeni Zelandiyanı siqaret çəkməyənlər ölkəsinə çevirəcəklərinə inanırlar. Bundan əlavə, tütün məhsullarının tənzimlənməsi sahəsində ixtisaslaşmış tədqiqatçılar və mütəxəssislər də tütünün insan sağlamlığına vurduğu ziyan barədə növbəti dəfə məruzələr ediblər.
Ölkədə aksiz vergisinin dərəcəsinin artırılmasından əlavə, tütün məhsullarının satın alınmasına icazə verilən yaş həddinin də əsaslı şəkildə yüksəldilməsi tələb olunur.