SİYASƏT


Yeni Zelandiya parlamentində Azərbaycan ilə dostluq qrupu təsis edilib

A+ A

Tokio, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və ardıcıl səyləri nəticəsində 2016-cı il oktyabrın 6-da Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz nəfər millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib. Bu barədə qrupun rəhbəri Tod Müller (Todd Muller) məlumat verib.

T.Müller, eyni zamanda, parlamentin xarici əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür. Qrupun tərkibinə bu deputatlar daxildir: Tod Müller - sədr, Maheş Bindra, Jami-Li Ros, Deyvid Bennet, Stüart Smit, Sara Dovi, Mark Mitçel və Endrü Bayley.

Qeyd edək ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında bir qayda olaraq regional bölgüyə üstünlük verilir. Bu baxımdan Azərbaycan üzrə ayrıca qrupun yaradılmasını müstəsna hal kimi yüksək qiymətləndirmək olar.

Azərbaycan Respublikası Milli Məclisində də 17 millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Xanlar Fətiyevdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.