DÜNYA


Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

A+ A

Tokio, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Yeni Zelandiyanın Şimal adaları sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Palmerston-Nort şəhərindən 138 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı 37 kilometr dərinlikdə yerləşib.

Xəbər verdiyimiz kimi, noyabrın 13-də Yeni Zelandiya sahillərində baş vermiş 7,9 bal gücündə zəlzələ sunami dalğalarının yaranmasına səbəb olmuşdu. Həmin vaxt daha iki güclü zəlzələ qeydə alınmışdı. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, həmin zəlzələlər nəticəsində iki nəfər həlak olmuşdu.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.