DÜNYA


Yeni Zelandiyada 400-dən çox delfin sahilə çıxıb VİDEO

Tokio, 10 fevral, AZƏRTAC

“Radio New Zealand”ın yaydığı məlumata görə, 400-dən çox qrind-delfini Yeni Zelandiyanın Cənub adası sahillərinə çıxıb.

Heyvanların əksər hissəsi həlak olsa da, hadisə yerinə gələn könüllülər 100-dək delfini dənizə qaytara biliblər. Delfinlər hələ də buxtada üzməkdə davam edir. Xilasedicilər qayıqlarda onların ətrafında dolanaraq açıq dənizə yolu göstərməyə çalışırlar.

Məlumatda qeyd edilir ki, bu, Yeni Zelandiyada delfinlərin kütləvi şəkildə məhvi ilə bağlı ən böyük hadisələrdən biridir.

Yeni Zelandiya delfin və balinaların sahilə tez-tez çıxdığı yer kimi tanınıb. Alimlər hələ də bu hadisənin dəqiq səbəblərini tapa bilmirlər. Adətən delfinlərdən biri özünü sahilə atırsa, digər delfinlər də kömək məqsədilə onun ardınca hərəkət edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.