DÜNYA
Yeni Zelandiyanın Baş naziri istefa verdiyini bəyan edib
Tokio, 5 dekabr, AZƏRTAC
“New Zealand Herald” qəzetinin yaydığı məlumata əsasən, Yeni Zelandiyanın Baş naziri Con Key şəxsi səbəblərə görə istefa verdiyini bəyan edib.
Dekabrın 5-də keçirilən həftəlik mətbuat konfransında C.Key deyib: “Bu, mənim qəbul etdiyim ən mürəkkəb qərardır və bundan sonra hansı işlə məşğul olacağımı bilmirəm”. Qəzetin yazdığına görə, Baş nazir həyat yoldaşının xahişinə görə istefa verib.
Baş nazir vəzifəsini Yeni Zelandiya parlamentinin üzvü Bill İnqlişin tutacağı gözlənilir. Bu barədə qərar Milli Partiyanın dekabrın 12-də keçiriləcək yığıncağında qəbul olunacaq. C.Key bildirib ki, o, partiyanın istənilən qərarını qəbul etməyə hazır olsa da, B.İnqlişin namizədliyini dəstəkləyir.
C.Key 2008-ci ildən Yeni Zelandiyanın Baş naziri idi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:33]
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]