DÜNYA
Yeni "Apple Music" xidməti təqdim olunub
Bakı, 7 iyul, AZƏRTAC
"Apple" korporasiyası yeni "Apple Music" xidmətini təqdim edib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu xidmət vasitəsilə istifadəçi seçilmiş musiqiləri "oflayn" rejimdə saxlaya və dinləyə biləcək. "Apple Music" xidmətindən ilk üç ay pulsuz istifadə etmək mümkün olacaq. Sonralar isə xidmətdən istifadə 10 dollar təşkil edəcək. "Apple Music" müştərilərin musiqi kolleksiyalarının artırılması imkanlarını genişləndirəcək. Platforma seçilmiş musiqiləri "Facebook"a və "Twitter"ə göndərmək imkanı da yaradır.
Bundan başqa, "Apple” onlayn-radio yaratmağı düşünür. “Apple", nəinki telefonlarda və planşetlərdə öz istehsalı olan qurğularda, həm də "Android" bazasında geniş həcmli musiqi servisi istifadə etməyə imkan verəcək proqram yaratmağı da planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]