DÜNYA


Yeni "Galaxy J3" smartfonu təqdim olunub

Bakı, 16 may, AZƏRTAC

“Samsung” şirkəti yeni “Galaxy J3” (2017) smartfonunu təqdim edib.

AZƏRTAC “ferra.ru” saytına istinadla xəbər verir ki, gümüşü rəngdə təqdim olunan “Samsung Galaxy J3” modelinin qiyməti 180 dollar təşkil edir. Qurğunun digər regionlarda nə vaxt satışa çıxarılacağı ilə bağlı məlumat verilmir.

“Galaxy J3” 1280 х 720 piksel təsvir ölçülü 5 düymlü ekran, 1,4 giqahers takt tezliyinə və”"Mali-T720” qrafik sürətləndiricisinə malik dördnüvəli “Exynos 7570” prosessor, 1,5 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Smartfonun əsas kamerası 5 meqapikselli matrisa və LED işıqlandırmasından istifadə edir, ön kameranın təsvir ölçüsü 2 meqapikselə bərabərdir. Bundan başqa, “4G LTE”, “GPS/GLONASS”, “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.1” interfeyslərinə malik qurğu 2600 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

“Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Galaxy J3” (2017) smartfonunun qabaritləri 140,9 x 70,1 x 8,7 millimetr, çəkisi 147 qram təşkil edir.

Hazırda yalnız ABŞ-da satılan smartfonun satış coğrafiyası bununla məhdudlaşmayacaq və tezliklə onu digər ölkələrdə də əldə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.