MƏDƏNİYYƏT
“Yeni adlar” ictimai fondunun nümayəndələri Bakıda
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 22-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Yeni adlar” ictimai fondunun nümayəndələri Bakıda müxtəlif ixtisaslar üzrə ustad dərsləri keçəcəklər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Bakı və Sumqayıt şəhərlərindəki musiqi və incəsənət məktəblərinin istedadlı şagirdlərinin dinləmələrini keçirəcək, onlardan beş nəfərinə “Yeni adlar” ictimai fondunun mükafatlarını verəcəklər.
Bundan başqa Bakı və Sumqayıt şəhərinin musiqi və incəsənət məktəblərinin skripka və fleyta ixtisasları üzrə müəllimləri üçün ustad dərsləri keçiriləcək və iki ölkəni təmsil edən istedadlı uşaqların birgə konsert proqramları təşkil olunacaq.