DÜNYA
Yeni çip məlumatları eyni anda qəbul edə və ötürə bilir
Bakı, 29 aprel, AZƏRTAC
Mühəndislər tərəfindən yaradılmış çip antenanın köməyi ilə eyni tezlikdə məlumatları ötürə və qəbul edə bilər.
Kolumbiya Universitetində işləyən alimlərin yeni həlli ənənəvi texnologiyalarla müqayisədə radio kanalın buraxılış qabiliyyətini iki dəfə yüksəldir.
AZƏRTAC “ilenta.com” saytına istinadən xəbər verir ki, müasir qurğular qəbul və siqnalların ötürülməsi üçün ayrı-ayrı antenalardan istifadə edir və ya bir antenadan növbəli şəkildə istifadə edirlər. Sonuncu halda ötürmə vaxtının bölünməsi haqda "razılaşmaq" və ya müxtəlif tezliklərdən istifadə etmək lazım gəlir.
Ənənəvi texnologiyalarla müqayisədə yeni çip əlavə tezlikdən istifadə etmir, məlumatları eyni anda həm qəbul edə, həm də ötürə bilir. Yeni texnologiyanın müəllifi Xariş Krişnasvami izah edir ki, bu, bir-biri ilə eyni zamanda danışan və bir-birini başa düşən iki insanın dialoqunu xatırladır.