ELM VƏ TEXNOLOGİYA


Yeni cihazın vasitəsilə Mars “dinləniləcək”

A+ A

Bakı, 9 avqust, G.Məlikova, AZƏRTAC

NASA dörd ildən sonra Marsa yeni, üzərində xüsusi mikrofon quraşdırılmış marsoxod göndərməyi planlaşdırır.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, alimlərin sözlərinə görə “Mars-2020” marsoxoduna quraşdırılmış mikrofonlar vasitəsilə Qırmızı planetdəki səsləri eşitmək mümkün olacaq.

Missiyanın bütün mərhələləri barədə tədqiqatçılara daha ətraflı məlumat almağa kömək məqsədilə yeni marsoxoda əvvəlkilərə nisbətən daha çox kamera quraşdırılacaq. Bundan əlavə cihaz xüsusi lazer sistemi ilə təchiz olunacaq. Bu sistem aparılacaq təhlillər üçün planetdən kimyəvi maddələrin toplanmasına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.