DÜNYA


Yeni elektrik mühərrikli təyyarə min kilometr uçacaq

Bakı, 7 iyul, AZƏRTAC

“Eviation Aircraft” şirkəti əlavə enerji toplamadan min kilometr məsafəni qət edən elektrik sərnişin təyyarəsinin işlək prototipini təqdim edib.

AZƏRTAC “Hi-News” resursuna istinadən xəbər verir ki, 9 sərnişin və 2 ekipaj üzvünü daşıyan kiçik təyyarə “Eviation Aircraft” şirkəti tərəfindən “NASA On-Demand Mobility Program” çərçivəsində yaradılıb. 2018-ci ilin sonunadək təyyarənin bütün lazımi sertifikasiyadan keçərək seriyalı istehsala daxil olacağı gözlənilir. Hava gəmisinin başlıca innovasiyası konstruksiyada yeni tip akkumulyator batareyasının quraşdırılmasıdır.

Şirkət nümayəndələrinin sözlərinə görə, təyyarədə “Phinergy Ltd” şirkəti tərəfindən hazırlanan modernləşdirilmiş alüminium hava batareyasından (Aluminum-Air Battery) istifadə olunub. “Biz buna ənənəvi akkumulyator batareyalarına malik bufer, eləcə də analitik alqoritmlərdən istifadəyə əsaslanan “ağıllı” enerjipaylama sistemi əlavə etdik. Bunların hamısı birlikdə isə akkumulyator batareyalarının çatışmayan enerjisinin hər zərrəsindən istifadəyə imkan verən yüksək səmərəli enerji sistemidir”, - deyə mütəxəssislər bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.