Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni əsrin lideri

Yeni əsrin lideri

Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir.

Tarixi nailiyyətimiz olan dövlət müstəqilliyinin bərpasından 23 ildən artıq vaxt keçib. Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün inşa olunmuş binanın mənzillərinin paylanması mərasimində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verilməlidir. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır”.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı həmin dövrün bəlalarından, çətinliklərindən xilas etdi, bir sözlə, dünya xəritəsində bir müstəqil dövlət olaraq varlığını təsdiqlədi. Məhz bu gün Azərbaycan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atır, yeni-yeni hədəfləri gerçəkləşdirməklə inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyur.

2003-cü ildən sonrakı dövrün böyük yolun davamı kimi dəyərləndirilməsi də səbəbsiz deyil. Dövlətimizin başçısı 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı böyük qətiyyətlə ifadə etmişdi: “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik”. Bu fikirlərin davamı olaraq o da qeyd edilmişdir ki, bizdə bütün imkanlar vardır - təbii sərvətlər, insan potensialı, ən önəmlisi, xalqın iradəsi. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.

Proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərə aydınlıq gətirdi. Dövlətimizin başçısı prezidentliyinin ilk dövründə (2003-2008) hər vədinin arxasında konkret əməli iş dayandığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev qarşıya qoyduğu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəni ön plana çəkdi. Regional inkişaf proqramı qəbul olundu və 2004-2008-ci illər ərzində 600 min yeni iş yerinin açılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Artıq sənədin icrası başa çatdıqda bu rəqəm 700 mini ötmüşdü. Bu onu göstərdi ki, məqsəd uğurlara nail olmaq üçün stimulverici amildir. Prezident İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində vurğuladığı kimi, zaman dəyişir, qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni, modernləşməni daha da aktuallaşdırır. Birinci proqramın uğurlu icrası ikinci sənədin qəbulunu zərurətə çevirdi. Artıq cari ildən üçüncü Dövlət Proqramının icrasına başlanılıb. Regional inkişaf proqramlarının icrası nəticəsində hazırda yeni iş yerlərinin sayı bir milyon 300 mindən çoxdur. Bunların 900 mini daimi iş yeridir. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Yoxsulluq 49 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb olunub. Təkcə cari ilin ötən dövründə iqtisadiyyata 19 milyard dollar sərmayə qoyulub ki, bunun da 11 milyard dolları daxili sərmayədir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 15 milyard dollar təşkil edirdi. Dövlət başçısı İlham Əliyev bu faktı çıxışlarında daim diqqətə çatdırır: “Heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir”.

Göründüyü kimi, Azərbaycanda sabitlik hökm sürür, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik, eyni zamanda demokratik inkişafı həlledici rol oynayır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq olmasa, təbii ki, demokratiyanın ömrü uzun ola bilməz. Son on bir ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi ilə təsdiqlənir. İstər insan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, istər vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, çoxpartiyalı sistemin yaradılması, istərsə də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirsək, bir məqsəd, amal özünü təsdiqləyir ki, atılan bu addımlar Prezident İlham Əliyevin vurğuladığı kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək üçün deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul olunan qanunlara edilən əlavə və dəyişikliklər, yeni qanunların qəbul olunması Azərbaycanın bu gününə və gələcəyinə xidmət göstərir.

Dünyaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan beynəlxalq əməkdaşlığa bütün sahələrdə önəm verir. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yol bu gün uğurla davam edir. Cari ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub” qaz dəhlizinin təməlinin qoyulması da bunun bariz nümunəsi, eyni zamanda 20 ildə görülən işlərin zirvəsi kimi dəyərləndirildi. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycan dövlətinin qətiyyətini, iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirib.

Təbii ki, Azərbaycanın uğurlarından bəhs edərkən ulu öndər Heydər Əliyevin uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində gələcəyə bəslədiyi inamı da ifadə etmişdir: “Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir”. 2003-cü ildə aktivləri 800 milyon dollar olan Dövlət Neft Fondunda bu gün toplanan vəsaitlərin həcmi 36 milyard dollardan çoxdur. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Fondun vəsaitləri hesabına reallaşdırılan sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafına xidmət edir.

Güclü sosial siyasətlə tamamlanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması Azərbaycanı dünyaya sosial dövlət kimi tanıdır. Vətəndaş amilinin dövlət siyasətinin önündə saxlanılması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, həmçinin beynəlxalq qurumların hesabatlarında təqdir olunur. Prezident bildirir ki, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar bir məqsədə xidmət edir: Ölkənin hərtərəfli inkişafı təmin edilsin, insanlar daha rahat və yüksək rifah şəraitində yaşasın. Bir əsas məqamı da qeyd etməliyik ki, 2009-cu ildə keçirilən referendumda Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə dövlətin siyasətində insan amilinə verilən önəmi bir daha təsdiqlədi.

Azərbaycanın davamlı uğurlarına daim öz töhfələrini verən ulu öndər Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının da fəaliyyət istiqamətlərindən biri insan amilinə dəyərdən qaynaqlanan mühüm əhəmiyyətli layihələrdir. Məhz öz fəaliyyətində dövlətə, xalqa xidməti əsas tutmasının nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 640 mindən artıq üzv birləşib. Bütün fəaliyyəti dövründə ölkənin davamlı inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması başlıca məqsəd olub. Məhz bu səbəbdən 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans partiyanın məqsəd və məramına, ölkədə və beynəlxalq aləmdə nüfuzuna işıq saldı. Konfransda əsas diqqət günün aktual problemi olan yoxsulluqla mübarizəyə yönəldilərək bildirildi ki, Azərbaycanın bu sahədə təcrübəsi digər ölkələrə nümunədir. Bu fikir daha çox səsləndirildi ki, kasıb yox, yaxşı idarə olunmayan ölkələr var. Dövlətin düşünülmüş siyasəti sayəsində Azərbaycan qarşılaşdığı çətinliklərdən uğurla çıxır, hər sahədə əldə etdiyi nəticələr növbəti uğurlara yol açır. Beynəlxalq maliyyə qurumlarının Azərbaycan üçün verdiyi proqnozlar hər zaman özünü doğruldur. Asiya İnkişaf Bankının ölkəmizlə bağlı proqnozunu xatırladaq. Qurumun Azərbaycandakı daimi nümayəndəliyi bildirir ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində sürətlə inkişaf edir, 2020-ci ildə ÜDM-in həcminin 130 milyard dollara çatacağı gözlənilir. Ölkə infrastrukturunun inkişafına yatırılan investisiyanın həcmi isə 40 milyard dollara bərabər olacaq.

Ölkə iqtisadiyyatının aynası dövlət büdcəsidir. Son on bir ildə dövlət büdcəmizin 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatlara əsaslanır. Prezident İlham Əliyev bildirir ki, qarşıdakı ilin büdcəsi əvvəlki ildən daim kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Təhlillər fonunda dövlət büdcəmizin ildən-ilə artdığının şahidi oluruq. Artıq cari ilin dövlət büdcəsi də təsdiqlənib. Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard manat, xərcləri isə 21 milyard manat nəzərdə tutulub. Azərbaycan Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Qeyd edək ki, ölkəmiz region iqtisadiyyatının 85 faizinə sahibdir.

Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, beynəlxalq standartlara cavab verən ordusu var.

Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də beynəlxalq dəstəyin yüksək səviyyədə olduğunun göstəricisidir. Beynəlxalq Humanitar Forumlar üçün ideal məkan seçilən Azərbaycan ötən il Ümumdünya İqtisadi Forumuna ev sahibliyi etdi. Forumdakı çıxışlarda bu fikir xüsusi qeyd olundu ki, tədbirin Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara dəyərin təzahürüdür.

Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq aləmdə yerini və rolunu möhkəmlətməklə yanaşı, öz milli mənəvi dəyərlərini, tarixini, mədəniyyətini və incəsənətini yüksək səviyyədə qoruyan və təbliğ edən ölkələr sırasındadır. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmiz eyni zamanda dünyada idman ölkəsi kimi də tanınır. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da buna bariz nümunədir. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər biri mahiyyəti və ölkəmizlə bağlı həqiqətlərin dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etdiklərimiz son on ildə əldə olunan uğurlara qısa baxışdır. Təbii ki, uğurlarımızın miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirilmiş fikir budur ki, uğurların davamlılığının təmin olunması dövlətin siyasətində prioritet məsələdir. Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı on ilin prioritetlərini müəyyənləşdirən dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu məqsədə xidmət edir. Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək başlıca hədəfdir. Ümumi daxili məhsulun qarşıdakı on ildə daha 2 dəfə artırılması da əsas məqsəd kimi qarşıya qoyulur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası davamlı inkişaf çağırışları üçün yol xəritəsi kimi dəyərləndirilir. Dünya Bankının təmsilçiləri bildirirlər ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-in iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq. Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəlcə təbii resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.

Uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Dünya dövlətlərinin, təşkilatlarının rəhbərləri Azərbaycanın siyasi səhnəsində Prezident İlham Əliyevə alternativ görmür. Azərbaycana, onun Prezidentinə bu inamı qazandıran əsas amil düzgün qurulan siyasət və bu siyasətə xalqın dəstəyidir. Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir. 2013-cü ildə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin söylədiyi bu fikirlər gələcək barədə aydın təsəvvür yaradır: “Bizim siyasətimiz müstəqilliyin möhkəmləndirilməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq”.

Azərbaycanın uğurlarının bələdçisi olan, Prezident İlham Əliyevin rəhbərliyi altında sıralarını getdikcə möhkəmləndirən Yeni Azərbaycan Partiyası bu inkişafa, tərəqqiyə dəstək olmaq üçün ciddi səylər göstərir. Bu gün əsas şüarı “Rifah və quruculuq naminə” olan Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün seçkilərdə qələbəsini təmin edən də Azərbaycanın uğurlarıdır. Ölkəmizi qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin

baş redaktoru, Əməkdar Jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib