ELM VƏ TƏHSİL
Yeni fantastik texnologiya şəkli ekranın xaricinə çəkməyə imkan verəcək
Bakı, 12 fevral, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tədqiqatçılar qrupu, sözün əsl mənasında, görüntünün barmaqlarla idarə olunmasına imkan verən yeni ekran növü istehsal ediblər.
AZƏRTAC Rusiyanın “Nauka i texnika” saytına istinadla xəbər verir ki, “Generic, Highly-Organic Shape-Changing Interfaces” layihəsinin bir hissəsi olan bu yeni icadin ərsəyə gəlməsinə üç il vaxt sərf edilib. Şüşə əvəzinə “laykra” adlanan elastik-sintetik materialla təchiz edilməklə formasını dəyişə bilən ekran vasitəsilə görüntüyə toxunmaq və hətta onu ekrandan kənara çəkmək mümkündür. Buna ultrasəs levitasiyası texnologiyası sayəsində nail olunub.
Alimlər hazırda belə ekranların smartfonlarda istifadəsi üzərində çalışdıqlarını və onların satışa beş ildən sonra çıxarılacağını deyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]