ELM VƏ TƏHSİL


“Yeni fikir – 2017” startap müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 12 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan “Yeni fikir – 2017” startap müsabiqəsinin final mərhələsi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, on bir startap layihəsinin iştirak etdiyi finalda beş komanda qalib olub. Birinci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru AMEA YTP tərəfindən 10 min manat pul mükafatı təqdim edilib. İkinci və üçüncü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan özəl şirkətlər tərəfindən müvafiq olaraq 5 min manat və 2 min 500 manat pul mükafatı verilib. Eyni zamanda, qaliblər ABŞ-da yerləşən Silikon vadisinə gediş-gəliş üçün təyyarə bileti və digər müxtəlif mükafatlara layiq görülüblər.

Qaliblərin mükafatlandırılma mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə böyük önəm verdiyini vurğulayıb.

Nazir müavini müvafiq layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

BMU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin elmi potensialının “Yeni fikir” layihəsini müvəffəqiyyətlə həyata keçirməyə imkan verdiyini söyləyib.

AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev innovativ düşüncənin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Alim BMU ilə əməkdaşlıq müqaviləsi bağlandığını və gələcəkdə bu istiqamətdə daha da uğurlu layihələrə imza atacaqlarını qeyd edib.

Xatırladaq ki, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.