ELM VƏ TEXNOLOGİYA


Yeni “iPhone 7” və “iPhone 7 Plus” sentyabrın 7-də təqdim olunacaq

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Amerikanın texnologiya nəhəngi “Apple” sentyabrın 7-də öz “iPhone” smartfonlarının yeni nəslini təqdim edə bilər. “Bloomberg” analitik agentliyinin məlumatlı mənbələri məhz bu tarixi göstərirlər. AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, “iPhone 7” və “iPhone 7 Plus” smartfonları daha bir gözlənilən yeniliklə - “Sony” korporasiyasının “PS4 Neo” oyun konsolu ilə eyni gündə təqdim edilə bilər.

Xatırladaq ki, “iPhone 6”, habelə “iPhone 6S” də sentyabrın əvvəlində geniş ictimaiyyətə təqdim edilib. Odur ki, “Bloomberg”in sərəncamında olan insayder məlumatlarına şübhə ilə yanaşmağa heç bir əsas yoxdur.

Analitiklər qeyd edirlər ki, “iPhone 7”nin təqdimatından onların mağazaların piştaxtalarında görünməsinə qədər doqquz gün keçə bilər. Beləliklə, “Apple”nin elektron qacetlərinin ən qızğın pərəstişkarları həsrətində olduqları qurğunu artıq sentyabrın 16-da ala bilərlər. Əlbəttə, “Apple-stop”da kilometrlərlə uzanan ənənəvi növbələrə sağ-salamat davam gətirə bilsələr.

“Apple” “iPhone 7” ilə eyni vaxtda yenilənmiş “Macbook Pro” leptopunu da təqdim edə bilər. Leptopun yeni variantının klaviaturasının yuxarı hissəsində sensorlu panel olacaq. Lakin mütəxəssislərin fikrincə, yeni smartfon və noutbukların premyerasının eyni gündə olması ehtimalı çox aşağıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.