DÜNYA


Yeni “iPhone” smartfonunun təqdimatı təxirə salına bilər

Bakı, 1 avqust, AZƏRTAC

Yeni “iPhone” smartfon modelinin təqdimatı komplekt hissələrin tədarükü ilə əlaqədar problemlərə görə təxirə salına bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb. Qeyd olunur ki, “Apple” şirkəti “iPhone 8” modelinin istehsalı üçün lazım olan “OLED” ekranların ciddi çatışmazlığı ilə rastlaşıb. Bu səbəbdən yeni qurğunun təqdimatı oktyabrdan tez gözlənilmir. Həmin ay model məhdud sayda satışa çıxarılacaq, geniş tədarüklərə isə noyabr-dekabrda başlamaq nəzərdə tutulur.

“Wall Street” analitikləri artıq “Apple” şirkətinin cari maliyyə ili üçün göstəriciləri ilə bağlı proqnozlarını azaldıblar. Buna səbəb kimi sentyabrda satılması gözlənilən milyonlarla yeni “iPhone” modelinin növbəti hesabat dövründə nəzərə alınacağı göstərilir. Bununla yanaşı, bir sıra ekspertlərin fikrincə, təqdimatın təxirə salınması şirkətin kotirovkalarına müsbət təsir göstərəcək və 2018-ci il ABŞ istehsalçısı üçün tarixdə ən uğurlu il olacaq.

Bir müddət əvvəl oxşar proqnozla “J.P. Morgan” analitiki Rod Holl çıxış edib. O da “Apple” şirkətinin kəskin “OLED” ekran çatışmazlığı ilə üzləşməsini qeyd edib, lakin onun qənaətinə görə, istehsalla əlaqədar problemlər “iPhone 8” smartfonunun satışlarının başlanmasına səbəb olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.