REGİONLAR
Yeni il şənliyi uşaqlarda xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaradıb
Ağcabədi, 21 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ağcabədi şəhərindəki 8 nömrəli körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər uşaqları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıblar.
Şaxta baba və Qar qız maraqlı səhnəciklərlə, oyunlarla uşaqları şənləndiriblər. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər.
Şənlik xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaradıb, balacalara əyləncəli anlar yaşadıb. Bayram tədbirində uşaqlara Yeni il hədiyyələri verilib.