REGİONLAR
Yeni ili bayram əhvali-ruhiyyəsi ilə qarşılayan Sumqayıtın gecə görüntüləri FOTOREPORTAJ
Sumqayıt, 31 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni təqvim ilinin gəlişinə sayıIı saatlar qalıb. Ölkəmizin iri sənaye mərkəzi olan Sumqayıt 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram libasına bürünüb. Park və meydanlar, küçələr, ictimai binaların, evlərin fasadları, eyvanlar bayramsayağı bəzədilib. Sumqayıtın girişi, Sülh küçəsinin, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, yeni bulvar kompleksinin gecə görüntüləri xüsusilə cəlbedicidir.
AZƏRTAC Yeni ili bayram əhval-ruhiyyəsi ilə qarşılayan Sumqayıtın gecə görüntülərini təqdim edir.