MƏDƏNİYYƏT


Yeni klipin təqdimatı keçirilib

Bakı, 8 dekabr, Aynur İsmayılova, AZƏRTAC

Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin dəstəyi ilə çəkilmiş yeni “Gələrəm” klipinin təqdimatı keçirilib. Yeni klip lirik ovqatda yazılıb, gəncliyə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bəstəkarlar İmruzə Hüseynova, Arif Səlimov, müğənnilər Sevda Əliqızı, Gülnarə Xəlilova və başqaları klipin məziyyətlərindən danışıblar.

Müğənni Bəxtiyar Bilalın ifa etdiyi mahnının sözləri Azadə Talehə məxsusdur. Klipin rejissoru Elgün Seyidzadədir.

Sonda A.Taleh tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.