ELM VƏ TƏHSİL
Yeni layihə: “Həftəyə bir kitab oxuyaq”
Bakı, 23 fevral, AZƏRTAC
Bakıdakı 165 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Həftəyə bir kitab oxuyaq” layihəsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə vərdişlərinin formalaşdırılması və motivasiyanın artırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Bu məqsədlə təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq belə bir layihə gerçəkləşdirilir. Tədris ilinin sonuna kimi davam edəcək layihə çərçivəsində şagirdlərin oxuduqları kitablar “dəyirmi masa”da təhlil olunacaq və yaxud inşa yazı işləri vasitəsilə dəyərləndiriləcək. Təhlil və müzakirələr hər həftə bir sinifdə təşkil ediləcək.
Layihə digər ümumi təhsil müəssisələrində də həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:42]
Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib
- 24.04.2024 [12:51]
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
- 24.04.2024 [12:34]
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
- 24.04.2024 [12:22]
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
- 24.04.2024 [12:14]
BANM-də beynəlxalq elmi konfransların açılışı olub
- 24.04.2024 [12:10]
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir
- 24.04.2024 [12:08]