CƏMİYYƏT


Yeni layihələrə dair müzakirələr aparılıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirinin müavini Vil Gillə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində gender bərabərliyinin təmin edilməsi, yeni layihələrin və təkliflərin hazırlanması, qadın sahibkarlığının inkişafı və digər sahələr ətrafında müzakirələr keçirilib.

Tərəflər arasında yuvenal ədliyyə və məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq təcrübə mübadiləsi və milli qanunvericiliyin təkmilləşdirilməsi mövzuları üzrə danışıqlar aparılıb.

Görüş çərçivəsində insan alveri ilə mübarizə istiqamətində birgə tədbirlərin gücləndirilməsi və davam etdirilməsi qərarı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.