Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib

Bakı, 31 avqust, Elvira Məmmədova, AZƏRTAC

Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına əsasən, özəlləşdirmə prosesində şəffaflığın və müasirliyin təmin olunması, geniş ictimaiyyət, potensial yerli və xarici investorlar üçün məlumatlandırmanın təmin edilməsi, özəlləşdirmənin elektron üsullarla gerçəkləşdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində avqustun 31-də Bakıda beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, eləcə də xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib.

Tədbirin təşkilində məqsəd yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Bununla yanaşı, belə sərmayələr hesabına özəlləşdirilən müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etmək əsas hədəflər sırasındadır.

Təqdimatda “KPMG”, “E&Y”, “Deloitte”, “PWC”, “MCKinsey & Company”, “Baker & MCKenzie” kimi beynəlxalq konsaltinq şirkətləri, maliyyə və investisiya təşkilatları iştirak edib.

Tədbirdə qeyd edilib ki, ölkədə aparılan uğurlu iqtisadi islahatların mühüm istiqamətlərindən biri kimi dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni mərhələdə özəlləşdiriləcək dövlət müəssisələrində effektiv iş prinsiplərinin, korporativ idarəetmənin, həmçinin nou-hau-ların tətbiqi əsas prioritetdir. Həmçinin bildirilib ki, ölkəyə investisiya yatırılması məqsədi ilə xarici şirkətlərin dəvət edilməsində beynəlxalq məsləhətçilər mühüm rol oynayır.

Sonra respublikanın müxtəlif iqtisadi zonalarında yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-dək iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” ASC, “Bakıelektroavtomat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Mingəçevir Regenerat” ASC-nin təqdimatı olub. Belə müəssisələrin iqtisadi xarakteristikası, profili, maliyyə vəziyyəti, yerləşdiyi ərazi, nizamnamə kapitalı, istehsal həcmi, satışa çıxarılan səhm sayı, digər iqtisadi və texniki göstəriciləri barədə məlumat verilib. Həmçinin bu müəssisələrə investisiya qoyuluşunun üstünlükləri və bu müəssisələrin gələcək potensialı diqqətə çatdırılıb. Bu müəssisələrin yaranma tarixi, istehsal etdiyi məhsulların çeşidi, hazırkı istehsal həcmi barədə də məlumat verilib. İnvestorlar üçün maraq doğuracaq məlumatlar sırasında belə müəssisələrin xammal təminatı, əsas istehsal sahələri və onların xarakteristikasını əks etdirən məlumatlar da olub. Habelə investorlara istehsal olunan məhsulların adı və çeşidi, müəssisədə çalışan işçilərin sayı, müəssisənin ümumi torpaq sahəsi və tikilialtı sahəsi, müəssisənin bazardakı çəkisi barədə də məlumatlar çatdırılıb.

Bildirilib ki, bu müəssisələr haqqında istənilən məlumatı komitənin yenicə istifadəyə verilmiş privatization.az adlı Özəlləşdirmə Portalından almaq mümkündür.

Bundan əlavə, komitə tərəfindən yeni elan edilmiş hərraclarda, ümumilikdə, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb. Bunlardan 75-i nəzarət səhm paketinin 30 faiz hissəsi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən dağ-mədən, kimya, metallurgiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı, inşaat, tikinti, nəqliyyat və s. sahələri əhatə edir. Dövlət əmlaklarının 89-u isə kiçik dövlət müəssisə və obyekti, qalan qismi isə nəqliyyat vasitələridir. Ümumilikdə, hərraclar xidmət, ictimai iaşə və digər sahələri əhatə edir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr var.

Bütün hərrac elanları və investisiya müsabiqələri komitənin rəsmi internet səhifəsində və “Mülkiyyət” qəzetində, dövlət əmlakları ilə bağlı mətn və fotoməlumatlar isə Özəlləşdirmə Portalında yerləşdirilib.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclarda istənilən yerli və xarici investorlar iştirak etməklə, əmlakın qiymətini banklar vasitəsilə ödəyərək hərraca çıxarılan obyektləri ala bilər. Bu isə öz növbəsində iri sahibkarlığın inkişafı ilə yanaşı, özəlləşdirilməyə çıxarılan kiçik müəssisə və obyektlərin əldə edilməsi nəticəsində orta portfelli sahibkarlıq təbəqəsinin daha da genişləndirilməsinə imkan yaradır.

Özəlləşdirmə prosesində ictimai aşkarlığın və şəffaflığın təmin edilməsi, özəlləşdirmə prosedurlarının elektronlaşdırılması məqsədilə komitə tərəfindən fəal işlər aparılır. Bildirilib ki, hərraclarda iştirak etmək üçün hazırda sifarişləri elektron xidmət vasitəsilə vermək mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi və hərracların tamamilə elektron müstəviyə keçirilməsi təmin olunacaq. “Onlayn hərrac”lar xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı yaradacaq. Qeyd olunub ki, istənilən xarici investor komitənin yeni istifadəyə verdiyi özəlləşdirmə portalına girməklə qısa müddət ərzində Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə haqqında məlumat əldə edə bilir. Portal istifadəçilərinin sayı günbəgün artır və indiyədək 50 min nəfərdən çox giriş qeydə alınıb. Bununla yanaşı, potensial investorların hər hansı sualları yaranarsa, onların operativ cavablandırılması üçün portalda “online chat” (onlayn məsləhət) imkanı da yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb