ELM VƏ TEXNOLOGİYA


Yeni monoqrafiya nəşr olunub

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının müvafiq qərarı ilə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın “Anonim “Şeyx Sənan” mənzum hekayəti (tekstoloji-filoloji araşdırma və tənqidi mətn)” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada XVIII əsrə aid anonim Azərbaycan müəllifinin “Şeyx Sənan” mənzum hekayəti farsca eyniadlı əsərlə müqayisəli təhlil olunur, hekayətin tərcümə və dil xüsusiyyətləri araşdırılır. Nəşrin ikinci fəslində əsərin yeddi nüsxə əsasında tərtib olunmuş tənqidi mətninin transfoneliterasiyası verilir.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, elmi rəyçiləri AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və professor Azadə Musayevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.