MƏDƏNİYYƏT


Yeni mövsümə yeni tamaşalarla

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 89-cu teatr mövsümünün ilk tamaşaları sentyabrın 17-də nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçıların sevimli mədəniyyət ocağında həmin gün saat 12:00-da S.Şeydanın “Tülkü, tülkü, tünbəki”, saat 19:00-da İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək.

“Tülkü, tülkü, tünbəki” tamaşası “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Simax Şeydanın eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanovdur. Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edəcəklər.

İkihissəli psixoloji dram olan “Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovskidir. Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nicat Kazımov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Elnur Hüseynov, Elnur Kərimov və başqaları iştirak edəcəklər.

Sentyabrın 18-də isə teatrın gündüz seansında Pərvin Nurəliyevanın “Dəcəl keçi”, axşam seansında Kalmık və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin “Qohumlar” tamaşaları nümayiş etdiriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı il boyu öz tamaşaçılarını maraqlı və yeni səhnə əsərləri ilə sevindirməkdə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.