Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yeni müəssisələr tikilməsi Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevirəcək

Sumqayıt, 6 yanvar, Ə.Rzayeva, AZƏRTAC

Son on ildə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru davamlı inkişaf edir. Özəl sektorun inkişafı buna şərait yaradan əsas amillərdən biridir. Təsadüfi deyil ki, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması, bu sahədə müxtəlif dəstək və təşviq mexanizmlərinin yaradılması dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Bütün bunlar dünyada maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün geniş imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, Abşeron yarımadasında yerləşən, əhalisi 400 mindən çox olan Sumqayıt şəhərində onlarla neft-kimya, metallurgiya, yeyinti sənayesi və yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Sumqayıtın paytaxta yaxınlığı, habelə burada kifayət qədər yüksək ixtisaslı mütəxəssislərin olması onun intensiv inkişaf edən müasir sənaye mərkəzinə çevrilməsi üçün zəruri şərait yaradır.

Məlum olduğu kimi, SUmqayıt Cənubi Qafqazda Bakıdan sonra ikinci iri sənaye şəhəridir. Lap əvvəldən sənaye şəhəri kimi yaradılan Sumqayıt hazırda müasir sənaye mərkəzinə çevrilməkdədir. Regionların intensiv inkişafı ölkənin iqtisadi qüdrətinin rəhnidir. Heç də təsadüfi deyil ki, Azərbaycan hökuməti ölkədə ilk texnoloji parkın məhz Sumqayıtda yaradılmasını qərara alıb. Ümumiyyətlə, bu regiona Azərbaycanın əsas sənaye mərkəzi kimi münasibət bəslənir.

2006-cı ildə yaradılmış Sumqayıt Texnologiya Parkı (STP) bu qəbildən ilk iri istehsal-sənaye kompleksidir. Şəhərdə ixrac yönümlü yüksək texnologiyalara əsaslanan sənaye sürətlə formalaşmaqdadır. Bu gün texnoparkda 17 zavod işləyir, daha beşi tikilir. STP-nin yeni obyektlərindən biri Mis Emalı zavodudur. Burada elektroliz üsulu ilə misdən hazırlanan katod lövhələrinin, habelə hazır mis məhsulların istehsalı təşkil edilib. Məşhur şirkətlərin yüksək texnoloji avadanlığı ilə təchiz olunmuş müəssisə elektroliz, misin qəbulu, əridilməsi və şaquli tökmə sahələrindən ibarətdir. Təkrar mis xammalından istifadə edilən bu istehsalatda ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir, həmin tullantılardan 450 ton anod xammalı alınır, daha sonra ilkin xammalın kimyəvi təmizlik dərəcəsi 99,99 faizə qədər olan mis katod lövhələr hazırlanır. Mis xammalın emalı və yarımfabrikatlar istehsalı prosesi tamamilə avtomatlaşdırılıb. Bu, hazır məhsulun yüksək keyfiyyətini təmin edir. Müasir texnologiyalar misin tərkibində oksigenin miqdarını minimuma endirməyə imkan verir, bu isə mis naqillərin elektrik keçiriciliyini nəzərəçarpacaq dərəcədə artırır.

Bu yarımfabrikatların sifarişçiləri STP zonasında yerləşən kabel zavodlarıdır. Həmin zavodların məhsuluna həm daxili bazarda, həm də dünya bazarında böyük tələbat var. Yeni zavod işə düşəndən sonra mis xammal idxalına ehtiyac qalmayacaq. Bundan əlavə, təkrar xammaldan istifadə edilməsi ekoloji şəraiti yaxşılaşdırmağa imkan verir.

“Azərsun Sənaye Parkı” deyilən sahədə daha iki müəssisə - Yağ Fabriki və Kağız-Karton Kombinatı yaradılıb. Müasir texnologiyalarla təchiz edilmiş Yağ Fabriki “Azərsun Holdinq” MMC-nin xüsusi vəsaitləri və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit hesabına inşa olunub. Müəssisədə emal edilməmiş yağın qəbulu, təmizlənməsi, şokolad istehsalı üzrə bir neçə istehsal xətti, habelə marqarinin, bitki yağının, əridilmiş yağın qablaşdırılması, o cümlədən həmin yağların metal qablara doldurulması üzrə sahələr fəaliyyət göstərir. Emal edilməmiş yağın təmizlənməsi üçün yaradılmış bölmədə xammal separasiya edilir və fiziki-kimyəvi üsulla təmizlənir. Fabrikdə hər gün 270 ton yağ məhsulları, o cümlədən qarğıdalı, günəbaxan yağları, əridilmiş yağ və şokolad yağı, marqarin və mayonezlər istehsal ediləcək. Burada müasir texnologiyalar sayəsində istehsal edilən ekoloji təmiz və rəqabət qabiliyyətli məhsulları Gürcüstana, İraqa, Tacikistana, Qazaxıstana, Türkmənistana və regionun digər ölkələrinə ixrac etmək nəzərdə tutulur. Fabrikdə 250 yeni iş yeri yaradılıb. Yaxın vaxtlarda ştat vahidlərinin sayını 700-ə çatdırmaq planlaşdırılır.

İkinci müəssisə - “Azərsun Holdinq” MMC-nin və Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilmiş Kağız-Karton İstehsalı Kombinatıdır. Bu kombinat da tamamilə avtomatlaşdırılmış, yüksək texnoloji istehsal xətləri ilə təchiz olunub. O, Cənubi Qafqazda bu profilli yeganə müəssisədir. Kombinatın emal gücü ildə 50 min tona çatır. Müəssisənin xammala tələbatının 90 faizi kağız tullantılar hesabına təmin ediləcək. Kombinatın özündə 150 əməkdaş çalışır. Müəssisənin xammal ilə təmin edilməsi üçün respublikanın regionlarında yüzlərlə tədarük məntəqəsi yaradılması planlaşdırılır. Nəqliyyat loqistikasını da nəzərə alsaq, həmin məntəqələrdə 1000 nəfərdən çox işçi çalışacaq.

İstehsal proseslərində kağız tullantılarından təkrar istifadə edilməsi ətraf mühitin qorunmasına real şərait yaradacaq. Aparılmış hesablamalara görə, bu müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min iynəyarpaqlı ağacın kəsilməsinin, habelə makulaturanın yandırılması zamanı atmosferə külli miqdarda zərərli maddələr atılmasının qarşısı alınacaq. “Azərsun Holdinq” şirkəti Xırdalanda Karton Fabriki tikib istifadəyə verib. Sumqayıtdakı kombinatla bu fabrik birlikdə ölkənin kartona, kağıza və sellülozdan hazırlanan qablaşdırma materiallarına tələbatını tamamilə təmin edə biləcək. Perspektivdə “Azərsun Sənaye Parkı” nəzdində loqistika mərkəzi, plastik kütlə və xüsusi karton məmulatlar üzrə müəssisələr yaradılacaq.

Xatırladaq ki, bu müəssisələrin maliyyələşdirilməsi qismən güzəştli dövlət kreditləri hesabına həyata keçirilib. Ötən illər ərzində Sumqayıtda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 318-ə yaxın investisiya layihəsinin həyata keçirilməsi üçün təqribən 90 milyon manat vəsait ayrılıb.

Bununla paralel olaraq Sumqayıt sənaye zonasında 200 hektar sahədə kimya sənayesi parkı yaradılır. Burada ilk müəssisə - “Azərtexnolayn” MMC-nin polad borular istehsalı zavodu artıq işə salınıb. Daha iki zavodun tikintisi başlanıb. 2016-cı ildə “SOCAR Polimer” MMC məhsul istehsalına başlayacaq. Beləliklə, yaxın illərdə parkın ərazisində iri sənaye kompleksi yaradılacaq.

Bu layihələrin həyata keçirilməsi həm Sumqayıtın sosial-iqtisadi inkişafı, həm də bütün ölkə əhalisinin məşğulluğunun təmin edilməsi baxımından çox vacibdir. Təkcə 2014-cü ildə Sumqayıtda 3600 yeni iş yeri yaradılıb.

Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi ölkəmizin iqtisadi potensialının inkişafında mühüm rol oynayır. Sumqayıtda sosial infrastruktur yaradılmasına xüsusi diqqət yetirilir. Yeni müəssisələrin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin uzunmüddətli trendidir. Ölkənin sənayeləşdirilməsi üzrə yeni strategiyanın ən mühüm hissəsi kimi, Cənubi Qafqazda Bakıdan sonra ikinci iri sənaye mərkəzi olan Sumqayıtda yeni sənaye zonasının yaradılması və burada rəqabət qabiliyyətli, ixrac yönümlü məhsul istehsalı seçilib.

Ətraf mühitin qorunması məsələsinə böyük diqqət yetirilir. Bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələri ən yüksək ekoloji standartlara uyğundur. Hədəf belədir: təkcə Sumqayıtda deyil, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlar ən yüksək ekoloji standartlar səviyyəsində olmalıdır.

Vaxtilə Sumqayıtın ekoloji şəraiti ilə bağlı problemlər var idi. Bu gün həmin problemlər, demək olar ki, aradan qaldırılıb. Sumqayıtda sənayenin uğurlu inkişafı işsizliyi və yoxsulluğu azaltmağa şərait yaradır, müasir sosial infrastrukturun formalaşmasına kömək edir. Kimyaçılar şəhəri abadlaşır, parklar və yaşıllıqlar şəhərinə çevrilir. Burada yeni xiyabanlar salınır, binalar təmir edilir, yeni məktəblər və xəstəxanalar tikilir. Bir sözlə, vətəndaşların əməyi və istirahəti üçün rahat şərait yaradılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli