MƏDƏNİYYƏT


“Yeni nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar təşkil edib.

Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarları Azərbaycanın tanınmış kino xadimləri, Xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə və Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov keçib.

Onlar “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda keçirilən bu seminarların “Yeni nəfəs-2” ssenari müsabiqəsinin iştirakçılarının gələcək həyatında mühüm rol oynayacağını vurğulayıblar. Seminarlarda müsabiqə iştirakçılarına kinoda ssenarinin əhəmiyyətindən də danışılıb. Ekspertlər seminarlar zamanı filmin uğurlu alınması, bugünkü tələblərə cavab verməsi və dünya arenasında tanınması üçün müasir ssenarilərin vacib əhəmiyyət daşıdığını qeyd ediblər. Seminarlarda müsabiqə iştirakçılarının mövzu ətrafında təklifləri dinlənilib, sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.