Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yeni nəsil qazma qurğularının tətbiqi qazma işlərini əhəmiyyətli dərəcədə sürətləndirir

Yeni nəsil qazma qurğularının tətbiqi qazma işlərini əhəmiyyətli dərəcədə sürətləndirir

Bakı, 20 sentyabr, AZƏRTAC

Müstəqil Azərbaycan Respublikasının müasir yüksəliş dövrünün əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurları ilə qoyulmuşdur. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başlayıb. “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanıb. Ötən müddətdə neft strategiyası çərçivəsində əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Artıq Cənubi Qafqaz dövlətləri arasında lider mövqeyi qazanmış Azərbaycanda gedən sürətli inkişaf və tərəqqi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunur.

“Əsrin müqaviləsi” ilə başlanan neft strategiyasının uğurla reallaşdırılması dünyanın transmilli neft şirkətlərinin Azərbaycana inamını xeyli gücləndirib və bunun da nəticəsində ölkəmizin karbohidrogen ehtiyatlarının birgə işlənməsinə maraq artıb. Elə bu marağın nəticəsi olaraq “Cənubi Qafqaz” Boru Kəməri, “Trans-Anadolu” Boru Kəməri və “Trans-Adriatik” Boru Kəməri kimi layihələrin işlənib hazırlanması “Cənub Qaz Dəhlizinın” əsasını qoydu. “Cənub Qaz Dəhlizi” dünya neft-qaz sənayesində ən mühüm və ən iddialı layihələrdən biridir. Bu möhtəşəm layihə çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi ölkəni və 11 şirkəti özündə birləşdirən kompleks bir hədəfdir.

“Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Ulu öndərin müəllifi olduğu neft strategiyasının icraçısı olan SOCAR hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verir. Yeni yataqların kəşfi və istismarı sayəsində Azərbaycanın enerji ehtiyatları artır və bununla da ölkəmizin ixrac imkanları genişlənir.

Yeni yataqların istismarı, regional və qlobal əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün etibarlı əsas yaradır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycan bazarına müasir dövrün tələblərinə uyğun yaradılmış və ən mütərəqqi texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı əməliyyat, tikinti, qazma, təchizat şirkətləri daxil olub.

Azərbaycanın qazma sənayesində xüsusi yeri olan SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev AZƏRTAC-a bildirib ki, MMC-nin əsas fəaliyyəti Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasından ibarətdir. “Müəssisəmiz fəaliyyətə başladığı ilk vaxtlarda SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Günəşli” yatağında yerləşən 11 və 13 saylı dərin dəniz özüllərində neft və qaz quyularının qazılması və quyu tikintisi işlərini həyata keçirib. Müəssisəmizin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir”, - deyə Ramin İsayev qeyd edib.

Bu il SOCAR-AQŞ APİ Q2 sertifikatlaşdırma auditinin 2-ci mərhələsini uğurla başa çatdırdığını və nəticədə APİ Auditorları tərəfindən sertifikatlaşdırmaya təqdim olunduğunu söyləyən baş direktor bildirib ki, “Günəşli” yatağında 2016-cı ildə yeni istismara verilmiş 7 və Bulla yatağında 6 saylı stasionar dəniz özüllərindən qazma işlərinin aparılması məhz SOCAR-AQŞ-yə həvalə olunmuşdur. Hazırda SOCAR-AQŞ “Günəşli” yatağında dayazsulu hissəsində yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağında 1 saylı və “Bulla” yatağında 6 saylı dərin dəniz stasionar özüllərində qazma işləri aparır.

Müəssisənin uğurlarından danışan Ramin İsayev deyib: “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümünü və 20 sentyabr — Neftçilər günü peşə bayramını uğurlu göstəricilərlə qarşılayan kollektivimiz qazma sahəsində ən yüksək texnologiyaları mənimsəməklə yanaşı, sifarişləri vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olub. 2016-cı ilin səkkiz ayı ərzində 16 min 628 metr qazma işi həyata keçirilib. Qazmaçılarımızın səyi nəticəsində ilin əvvəlindən ötən dövr ərzində 8 quyu sifarişçiyə təhvil verilib. Bütövlükdə isə SOCAR-AQŞ yarandığı gündən 2016-cı il sentyabrın 1-nə kimi 57 quyuda qazma işlərinə başlayıb. Ötən dövr ərzində 54 quyuda işlər yekunlaşdırılaraq sifarişçiyə təhvil verilib.

2016-cı ilin sentyabr ayının 1-nə isə müəssisəmizin əldə etdiyi qazma keçidi 169 min 97 metr təşkil edir. Yeri gəlmişkən, son zamanlar yeni texnika və texnologiyaların tətbiqi boşdayanma hallarını minimuma endirməklə yanaşı, qazma işlərinin sürətini də xeyli artırmağa imkan yaradır. Belə ki, “Günəşli” yatağında yenicə istismara verilmiş 7 saylı özüldə 318 saylı quyuda kommersiya sürəti 1775metr/dəzgah/ay təşkil edib.

Sevindirici haldır ki, neftçilərin peşə bayramı ərəfəsində müəssisəmiz 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2900 metr olan 318 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdıraraq sifarişçiyə təhvil verib.

SOCAR-AQŞ bu ilin mart ayında “Günəşli” yatağının dayazsulu hissəsində istismara verilmiş 7 saylı dərin dəniz stasionar ozülündə qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən iki ədəd yeni qazma qurğusundan istifadə edir. Bunlardan biri ZJ 70/4500 DZ tipli Çin istehsalı olan qazma kompleksidir. Digəri isə Almaniya istehsalı olan “Bentec 3000HP AC” modul tipli qurğudur. Yeni nəsil qazma avadanlığı olan bu qurğunun imkanları daha böyükdür. Belə ki, qurğu vasitəsilə 9 min metr dərinliyə quyuların qazılması mümkündür.

SOCAR-AQŞ Azərbaycanın milli müəssisəsi kimi ilk dəfə olaraq analoqu olmayan yeni nəsil qazma qurğularının Azərbaycana gətirilməsində mühüm rol oynayır. Belə ki, müəssisəmiz tərəfindən istifadə olunan bütün texnika müasir tələblərə cavab verir, qazma qurğuları yüksək texnologiyalara əsaslanır və beynəlxalq standartlara uyğundur. Bizim istifadə etdiyimiz texnika və texnologiyalar əsasən Rusiya, Qərbi Avropa və ABŞ istehsalıdır. Bu baxımdan platformada və baş inzibati ofisdə quraşdırılmış, qazma işlərinə onlayn nəzarət etmək imkanı verən sistemi, qazma işlərində istifadə olunan müasir qurğuları, aparıcı podratçı şirkətlərin gətirdiyi müxtəlif texnologiyaları xüsusi qeyd etmək istərdim. Bununla yanaşı müəssisə olaraq qazma vaxtı karotaj-ölçü işlərinin aparılması (LWD) və “Geopilot” avadanlığından istifadə etməyimiz bizim yeni uğurlar silsiləsindəndirlər. Daha bir maraqlı fakt ondan ibarətdir ki, bizimlə yanaşı sifarişçi şirkətin əməkdaşları da öz ofislərində qazma vaxtı quyuda gedən prosesləri anbaan izləyə bilirlər.

İstismarda olan yataqlar arasında öz zənginliyi ilə seçilən “Qərbi Abşeron” yatağında da son zamanlar qazma işləri xeyli intensivləşib. 20 saylı özüldən 22, 24, 28, 25, 20, 26 və 27 saylı quyular qazılaraq sifarişçiyə təhvil verilib. Bu özüldə çalışan peşəkar işçi heyətimizin xüsusi fədakarlığı sayəsində 48-51 gün müddətində qazılaraq təhvil verilməli olan quyular orta hesabla 20-25 günə qazılaraq sifarişçiyə təhvil verilir.

Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində “Ümid” yatağının işlənməyə daxil edilməsi ölkə neft sənayesinin misilsiz nailiyyətlərindən sayılır. İlkin hesablamalara görə, sözügedən yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz və 30-40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda həmin ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə qazma işləri uğurla davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq “Ümid”də alınan nəticələr, həm də Xəzərin Azərbaycan sektorundakı strukturların məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Ümid yatağında qazılmaqda olan 14 saylı quyuda faktiki dərinlik 6341 metrə çatdırılıb. Yaxın günlərdə quyu tikintisinin tam yekunlaşdırılaraq sifarişçiyə təhvil verilməsi gözlənilir.

Sadaladığım uğurlar sözsüz ki, peşəkar işçi heyətimizin gərgin əməyi sayəsində əldə olunur. SOCAR-AQŞ işçi heyətini özünün əsas sərvəti hesab edir. Məhz buna görə də işçilərin sağlamlığı və təhlükəsizliyi, gənc kadrların püxtələşdirilməsi bizim qarşımızda duran ən vacib məsələlərdəndir.

İşçilərin karyera inkişafını sürətləndirmək üçün SOCAR-AQŞ yeni FASTRAK proqramını yaradıb və bu proqram uğurla tətbiq edilir. İlkin olaraq FASTRAK proqramı qazma heyəti üçün nəzərdə tutulub. Hər bir FASTRAK iştirakçısına onların effektiv hazırlanmasını təmin etmək üçün həm ofis, həm də özüllərdə xüsusi təlimləndirilmiş hamilər təyin olunub.

FASTRAK iştirakçıları özüllərdən qayıtdıqdan sonra ofisdə həftəlik tədrislə məşğul olurlar. Yardımçı vasitə olaraq Qazma və Tamamlamanın bütün aspektlərini əhatə edən 30 moduldan ibarət Tədris Proqramı hazırlanıb. Proqram çərçivəsində iştirakçıların yeni biliklər və praktiki bacarıqlar əldə etmələri müxtəlif üsullarla qiymətləndirilir. İştirakçıların tədris fəaliyyətini effektiv təmin etmək üçün FASTRAK Bilik Mərkəzində müvafiq şərait yaradılıb, kitabxana, elektron tədris materialları və s. ilə təmin olunub.

Yaxın gələcəkdə bizim məqsədimiz proqramın əhatə dairəsini genişləndirərək geoloqların və texniki xidmət üzrə mühəndislərin də proqramda iştirakını təmin etməkdir. FASTRAK proqramı SOCAR-AQŞ-nin işçilərin təlim və təkmilləşdirilməsinə və karyerada inkişafına verdiyi diqqətin bariz nümunəsidir.

Bununla yanaşı müəssisəmiz hər il ali təhsil müəssisələrinin tələbələri üçün “Yay İstehsalat Təcrübəsi” proqramını elan edir. Bu proqramın əsas məqsədi neft və qaz sahəsində karyera qurmaq istəyən tələbələri müəssisənin müxtəlif strukturlarının fəaliyyətinə fəal şəkildə cəlb etməklə onlara zəngin təcrübə toplamaq imkanı yaratmaqdır. Bununla yanaşı, proqramı uğurla tamamlayan tələbələr müəssisənin potensial əməkdaşına çevrilirlər. Qeyd etmək yerinə düşərdi ki, proqram çərçivəsində tələbələr bu ilin iyul-sentyabr aylarında “Qərbi-Abşeron” yatağındakı 20 saylı özülə səfər edərək yeni nəsil qazma qurğusu, eləcə də özüldə horizontal quyuların qazılması prosesi ilə tanış olublar.

2015-ci ildən etibarən müəssisəmiz neft və qaz mühəndisliyi ixtisası üzrə yüksək potensiallı kadrların yetişdirilməsi istiqamətində ali məktəblərdə təhsil alan və tədrisdə yüksək nailiyyətlər əldə etmiş tələbələr üçün müəssisənin Tələbə Təqaüdü Proqramını təsis edib. Bu proqram vasitəsilə biz tələbələri öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, seçdikləri ixtisası daha dərindən öyrənməyə ruhlandırırıq.

Neftçilər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kursunda təhsil alan 2 tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək 2016-2017-ci tədris ili ərzində SOCAR-AQŞ Tələbə Təqaüdünün qalibi olmuşdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasının uğurları, bütün neft sənayesi işçiləri kimi, SOCAR-AQŞ-nin kollektivini də nailiyyətlərə ruhlandırır. 20 sentyabr Neftçilər gününü və “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümünü yüksək nailiyyətlərlə qeyd edən qazmaçılarımız 2016-cı ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək