ELM VƏ TƏHSİL


Yeni nəşr müasir antropologiyanın ən aktual mövzularına həsr olunub

Bakı, 20 aprel, AZƏRTAC

Türkiyənın İstanbul şəhərində ingilis dilində çapdan çıxmış “Azərbaycanlı və digərləri: Milli identikliyin formalaşması perspektivləri” kitabının təqdimatı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitab azərbaycanlı və xarici müəlliflərin iştirakı ilə hazırlanıb.

Nəşrin redaktorları institutun əməkdaşı, antropologiya elmləri doktoru Əliağa Məmmədli, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu və Fransanın Anadolu Tədqiqatları İnstitutunun Qafqaz filialının Bakıdakı keçmiş rəhbəri, doktor Adelin Brodur.

Kitaba “Ön söz”ü Ə.Məmmədli və Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun professoru xanım Anna de Tanqid yazıblar.

Nəşrdə toplanmış məqalələrdə müasir antropologiyanın ən aktual mövzularından olan, xüsusilə yenidən formalaşan cəmiyyətlər üçün böyük əhəmiyyət daşıyan milli, dini və etnik identikliklər probleminin həllinin öyrənilməsi kimi məsələlərə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.