REGİONLAR


Yeni nəşr olunan kitablar Naxçıvanın tarixinin və mədəniyyətinin təbliği baxımından əhəmiyyətli mənbələrdir

Naxçıvan, 8 fevral, AZƏRTAC

Yeni nəşrlər olan “Gülüstan türbəsi”, “Naxçıvan dünya mətbuatında” kitabları və “Məmməd Araz qrafik albomu” muxtar respublikanın tarixi və mədəniyyətinin təbliği baxımından əhəmiyyətli mənbələrdir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Bilik Fondu tərəfindən hazırlanan “Gülüstan türbəsi” kitabında Culfa rayonundakı Gülüstan türbəsi, onun tarixi, memarlıq xüsusiyyətləri, türbə ətrafındakı tarix-memarlıq abidələri, etnoqrafiyası və keramikası haqqında məlumat verilib. Nəşrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin türbənin bərpası ilə bağlı imzaladığı Sərəncamın mətni, türbənin bərpadan əvvəl və bərpadan sonrakı şəkilləri yer alıb.

Azərbaycan, rus və ingilis dilində hazırlanan kitabda qeyd olunur ki, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən türbə XII əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir. Bu türbə böyük Əcəmi Naxçıvani Memarlıq Məktəbinin yadigarıdır.

“Naxçıvan dünya mətbuatında” kitabında isə Naxçıvan haqqında bir çox tanınmış qəzet, jurnal və internet saytlarında çap olunan materiallar yer alıb. Tanınmış mətbuat nümayəndələrinin Naxçıvan Muxtar Respublikasının elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələrdəki sürətli inkişafı haqqında məqalələri maraq doğurur. “İzvestiya” qəzetində Naxçıvanla bağlı dərc edilən materiallar da oxunaqlıdır.

“Məmməd Araz qrafik albomu”nda isə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Kirman Abdin Məmməd Araz poeziyasının bədii estetik obrazını yaradıb. Albomda Məmməd Araz poeziyasının nəhayətsizliyi ilə rəssam təxəyyülünün vəhdətini görmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.