CƏMİYYƏT


Yeni qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamələr təqdim edilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 27 dini icmaya şəhadətnamələr təqdim edilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus rolundan danışan Komitə sədrinin müavini Gündüz İsmayılov bildirib ki, yeni qeydiyyatdan keçən dini icmalar ölkənin bütün bölgələrini əhatə edir.

Dövlətimizin başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirildiyini vurğulayan Gündüz İsmayılov yeni qeydiyyatdan keçən dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.

O qeyd edib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə, yerlərdə insanların mənəvi tələbatının ödənilməsində dini icmalar da məsuliyyət daşıyır.

Sonra Gündüz İsmayılov qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.

Sonda dini icma sədrlərini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.