CƏMİYYƏT


Yeni qeydiyyatdan keçmiş 36 dini icmaya şəhadətnamə təqdim edilib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan yeni keçmiş 36 dini icmaya şəhadətnamə verilib.

Tədbirdə ölkəmizdəki dini durum barədə məlumat verilib. Qeyd edilib ki, bu gün Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək göstərilən ölkələrdəndir və bu uğurun baş memarı ulu öndər Heydər Əliyevdir. Məhz Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də sürətli inkişafa nail olundu, dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirildi. Dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə bir sıra məscidlər tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir rast gəlinən nümunədir.

Qeydiyyat şəhadətnamələri almış dini icmaların sədrləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri dini icmalar gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.