DÜNYA
Yeni qurğu cihazları 2 dəfə tez enerji dolduracaq
Bakı, 3 oktyabr, AZƏRTAC
“Qualcomm” şirkətinin təqdim etdiyi yeni “Blitzwolf BW-S7” qurğusu istənilən cihazı orijinal enerji doldurma qurğularından bir neçə dəfə tez dolduracaq. “Blitzwolf BW-S7” qurğuların enerji doldurma vaxtını USB portuna standart 5 Volt əvəzinə 20 Volt ötürməklə azaltmağa nail olur.
AZƏRTAC “DNI24” saytına istinadən xəbər verir ki, beş standart USB portu ilə təchiz edilən qurğunun bütün portlarının ümumi gücü 40 Vatt təşkil edir. "Blitzwolf BW-S7” xarici görünüşünə görə adi USB mərkəzi xatırlatsa da, tamam başqa funksiyanı yerinə yetirir. Beş çıxışdan yalnız biri qurğunu sürətli enerji ilə doldura bilir. İstehsalçı həmin portu yaşıl rənglə göstərib. Mobil telefon və ya planşeti ona qoşmaqla qurğu girişdə 5 Volt əvəzinə 20 Volt alacaq ki, bu da akkumulyatorun enerji ilə doldurulma vaxtını xeyli azaldacaq.
“Blitzwolf BW-S7 Qualcomm QC3.0” qurğusunun qiyməti 24 dollar təşkil edir.