DÜNYA


Yeni qurğu dərhal “3D” fotoşəkillər yaradacaq

A+ A

Bakı, 12 yanvar, AZƏRTAC

ABŞ-ın “Bellus3D” şirkəti “CES-2017” istehlak elektronikası sərgisi çərçivəsində bir neçə saniyəyə üçölçülü formatda (3D) fotoşəkillər yaratmağa imkan verən qeyri-adi yeni qurğu nümayiş etdirib.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, kompakt şəkilli aksesuarı daşımaqla yanaşı, “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet və ya smartfonun yuxarı hissəsinə bərkitmək mümkündür. Yeni qurğu iki infraqırmızı rəng qamma ötürücüsü və obyektin fotosunun üçölçülü skan edilməsi üçün digər iki infraqırmızı lazer projektorla təchiz edilib.

Məlumata görə, yeni texnologiyaya malik ilk modellərin bu ilin sonunda təqdim ediləcəyi gözlənilir. Hazırda hazırlanma və təkmilləşdirilmə mərhələsində olan qurğunun qiyməti 300 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.