ELM VƏ TƏHSİL


Yeni qurğu stressdən xilas edəcək

Bakı, 19 iyun, AZƏRTAC

Böyük Britaniyanın “BioSelf Technology” şirkətinin bir qrup tədqiqatçısı “Sensate” adlanan kiçik qurğu hazırlayıb.

AZƏRTAC “naked-science.ru” saytına istinadla xəbər verir ki, istifadəçinin sinəsinə bərkidilən qacet stressə səbəb olan hallar zamanı titrəyişlər verərək aztezlikli səs dalğaları yaradır.

“Sensate” ürək yığılmaları tezliyi, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanmış məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna ötürülür və proqramın köməyi ilə real vaxt rejimində təhlil edilir.

Qacet tərəfindən istifadəçinin stress keçirdiyi müəyyən edildiyində, proqram aztezlikli səs dalğalarını yaradaraq “Sensate” qurğusunun titrəşiminə səbəb olur. Vibrasiya sümük keçiriciliyi sayəsində istifadəçinin sinəsinə nüfuz edərək Vaqus sinirini stimullaşdırır və stressin azalmasına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.