MƏDƏNİYYƏT
Yeni səhnədə ilk dəfə “Qaçaq qocalar”
Bakı, 30 sentyabr (AZƏRTAC). Sentyabrın 30-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun adını daşıyan səhnədə ilk tamaşanın nümayişi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATXİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemətov yeni istifadəyə verilən səhnədən və burada nümayiş olunacaq tamaşalardan söz açıb.
Bildirilib ki, bu gün yazıçı Elçin Hüseynbəylinin “Qaçaq qocalar” adlı əsəri əsasında eyniadlı tamaşa təqdim olunacaq. Bu səhnə əsəri Xalq Artisti Cənnət Səlimovanın rəhbərliyi altında ATXİ-də fəaliyyət göstərən rejissor laboratoriyasında hazırlanıb.
Tamaşanın rejissoru Əməkdar Artist Nofəl Vəliyevdir.
Səhnə əsərində rolları aktyorlar Kərəm Hadızadə, Bəhruz Vaqifoğlu və Mənsumə Babayeva ifa ediblər.
Qaçqınların həyatından bəhs edən əsər qəmli olsa da nikbin həyat fəlsəfəsi, gələcəyə inamlı baxışları ilə böyük maraq doğurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]