DÜNYA


Yeni tapıntı dünyanın ən qədim zinət əşyası ola bilər

A+ A

Bakı, 13 avqust, Günel Məlikova, AZƏRTAC

Alimlər Bolqarıstanın cənubunda aparılan tədqiqatlar zamanı tapılan üzüyün dünyanın ən qədim zinət əşyası olduğunu düşünürlər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, üzük şəklində bükülmüş düz xətdən ibarət bu miniatür zinət əşyasının çəkisi 0.15 qramdır. Tapıntının eramızdan əvvəl 4600-cü illərə aid olduğu bildirilir. Alimlər tapıntının məşhur Varna qızılından 200 il böyük olduğunu düşünürlər.

Lakin metalın dəqiq tarixini müəyyən edən texnologiyanın hələ də olmaması bu tapıntının “dünyanın qızıldan hazırlanmış ən qədim zinət əşyası” statusunu sual altına qoyur. Buna görə də Varna nekropolunda aşkar edilmiş əl işlərinin hələ də daha qədim olacağı istisna edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.