İQTİSADİYYAT


Yeni tədris ili başlayanadək “Nizami” və “Neftçilər” metro stansiyalarının təmiri başa çatdırılacaq

Bakı, 11 avqust, Elvin Camalov, AZƏRTAC

Yeni tədris ili başlayanadək “Nizami” və “Neftçilər” metro stansiyalarının təmiri başa çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, hər iki metro stansiyada görülən işlər artıq yekunlaşmaq üzrədir. “Neftçilər” metro stansiyada keçidlər təmir olunub və orada aparılan işlər vestibülün təmiri ilə bağlıdır. Hazırda son tamamlanma işləri həyata keçirilir. Yeni tədris ili başlayanadək hər iki stansiyada işlər tam yekunlaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.