ELM VƏ TƏHSİL
Yeni tədris ilində 160 mindən çox şagird birinci sinfə gedəcək VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
2016-2017-ci tədris ilində ölkə üzrə 164 min 33 nəfər şagird birinci sinfə gedəcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 min 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı 1 milyon 415 min 242 nəfər təşkil edəcək.
Yeni dərs ilində Bakı şəhəri üzrə 43 min 397 şagird birinci sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 min 573 şagird təhsil alacaq.
Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.
Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə iki internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.