ELM VƏ TƏHSİL


Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Bakı, 3 avqust, AZƏRTAC

Dövlət-biznes tərəfdaşlığı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi 2017-2018-ci tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlayır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məzunlar veb-dizayner ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara dövlət nümunəli peşə diplomu ilə yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikat da veriləcək. Təhsil müddəti 1 ildir. Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər seçimlərdə iştirak edə bilməzlər.

Ərizələrin qəbulu “ASAN xidmət” mərkəzlərində aparılacaq.

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə də sənəd qəbulu davam edir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Ərizələrin qəbulu avqustun 22-dək "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.