DÜNYA
Yeni təhlükəsizlik aləti “Android” tətbiqlərini spam və botlardan qoruyacaq
Bakı, 12 iyun, AZƏRTAC
“Google” şirkəti “Android” sistemi üçün “reCAPTCHA API” utilitini təqdim edib.
AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, alətlər mobil tətbiqlərin spam və botlardan müdafiəsi üçün qabaqcıl təhlil sxemlərindən istifadə edir. Utilit qurğunun insan tərəfindən idarə edilməsinə şübhə etdikdə ekrana təhlükəsizlik kodu çıxardır. Xatırladaq ki, “reCAPTCHA” təxminən 10 il bundan əvvəl hazırlanıb və o vaxtdan etibarən 1 milyarddan çox nəfər həmin texnologiyadan istifadə edib. “Google” şirkəti hesab edir ki, indi süni intellekt şəkillərdəki aydın olmayan mətni 99,8 faiz dəqiqliklə “tanıyır”, buna görə yeni təhlil alqoritmlərindən istifadəyə başlanılıb.
“Google” şirkətinin rəsmiləri əmindirlər ki, yeni “API” sistemin təhlükəsizliyini daha da artırır, həm də istifadəçi təcrübəsini yaxşılaşdırı