DÜNYA


Yeni təhlükəsizlik tədbirləri Avropa aeroportlarında böyük növbələr yaradıb

Bakı, 2 avqust, AZƏRTAC

Avropa aeroportlarının sərnişinləri böyük növbələrə düzülüb. Bu, Paris və Brüsseldə baş verən terror aktları ilə əlaqədar qəbul edilən yeni təhlükəsizlik tədbirləri ilə bağlıdır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bundan sonra Şengen zonası ilə sərhəddə sərnişinlər daha sərt yoxlamadan keçəcək, onların polisin məlumat bazasında potensial təhlükə kimi qeydiyyatları yoxlanılacaq.

Yeni tələblər yalnız oktyabr ayında qüvvəyə minəcək, lakin aeroportların bir çoxu artıq indidən yeni iş sxeminə keçib. Həmçinin problem Şengenə daxil olmayan Böyük Britaniyada da hiss edilir. Britaniya aviakompaniyaları ölkənin Nəqliyyat Nazirliyinin diqqətini bu məsələyə hələ may ayında yönəltmişdi. Lakin yay tətilləri zamanı problem daha ciddi xarakter alıb.

Buna baxmayaraq, aviadaşıyıcılar Avropa ölkələrinə təsir göstərməyin vacibliyində israr edirlər. Belə ki, bəzi sərnişinlər ləngimələr səbəbindən öz reyslərinə gecikir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.